AXTARIŞ

Okteniderm


Stokda: Var

0.00 M  


Oktenidin əsaslı rəngsiz dəri üçün antiseptik. 24 saat davamlı təsir edir.

Artikul:
Reytinq: 127
Ref Kod:
Brend:Schulke & Mayr


Təcili Sifariş et



Üstünlüklər:

  • 24 saat davamlı təsir
  • Tez təsir etməsi (inyeksiyadan əvvəl 15 saniyədən əvvəl istifadə  olunur)
  • Geniş antiseptik sahə

         • bakterisid
         • fungisid
         • məhdud halda virulisid
           (HİV, hepatit B və C daxildir)

  • Ümumi Tətbiqi Gigiyena / Almaniya Gigiyena və Mikrobiologiya Cəmiyyəti

Preparat haqqında məlumatlar

Tərkib:
100 qr məhlulda: oktenidindigidroxlorid 0,1 qr, 1-propanol 30,0qr,
2-propanol  45qr.

Tətbiq sahəsi

  • Dərinin dezinfeksiyası:
  • əməliyyat sahəsi olan dərinin təmizlənməsi
  • dərinin mərkəzi və venoz katetrin qoyulmasından əvvəl təmizlənməsi
  • dərinin punksiya, biopsiya və s.-dən əvvəl təmizlənməsi
  • dərinin inyeksiya və qan nümünəsi götürməzdən əvvəl təmizlənməsi
  • dərinin kəsilməsi və kanula qoyulmasından əvvəl  təmizlənməsi
  • dərinin epidurial və kürək anesteziyasından əvvəl təmizlənməsi
  • tikişlərin təmizlənməsi
  • əllərin və cərrah əllərinin gigiyenik təmizlənməsi

İstifadə qaydası

 

1. Dərinin inyeksiya, punksiya, kəsiklə çıxarılmasından əvvəl və s.-dən əvvəl dezinfeksiya edilməsi.:
Dərinin təmizlənən sahəsinə Oktenidermi püskürtmə və ya preparatla isladılmış tampon vasitəsilə tətbiq etmək və prosedura qədər saxlamaq lazımdır.  Ekspozisiyaya riayət etməli. Oktenidermin istifadəsi zamanı qlükoza üçün nümunə götürülərsə preparat qurumalıdır.

2. Damarların punksiyası və əməliyyat öncəsi dərinin dezinfeksiyası:

  • Ehtiyac olarsa dərinin lazım olan sahəsini tüklərdən təmizləmək.
  • Xəstəni və ya lazım olan yeri dərinin dezinfeksiyasından 1 saat əvvəl yumaq (Ezemtanom).
  • Oktenidermi preparatla yaxşı isladılmış tamponla və ya püskürtmə yolu ilə dəriyə tətbiq etmək.Dərinin yaxşı islanmasına nəzarət etmək lazımdır.
  • Cərrahi müdaxilə zamanı yapışqanlı bezlərin  istifadəsi zamanı yapışqanlığın pozulmaması üçün Okteniderm yaxşı qurumalıdır.
  • Termokauterin və ya digər elektrik alətlərin istifadəsi zamanı Okteniderm istifadə olunduğu halda ehtiyatlı olmaq lazımdır (preparat tam qurumalıdır).

3. Yara və tikişlərin təmizlənməsi
Yaraların təmizlənməsi zamanı Okteniderm tampon və yaraya  püskürtmə yolu ilə tətbiq edilir.Preparatın qalıqlarını tampon vasitəsilə götürmək lazımdır. Əməliyyat tikişlərini islatmaq daha məsləhət görülür.

4. Əllərin cərrahi və gigiyenik dezinfeksiyası:
Əllərin cərrahi və gigiyenik dezinfeksiyası zamanı preparat porsiyalarla əllərə vurulur və bu müddət ərzində əllər yaxşı nəmlənmiş olmalıdır.


 

Dozalanması və istifadə

Okteniderm qarışıqsız tətbiq olunur.Təmizlənən dəri sahəsinin tam nəmlənməsinə nəzarət edilməli.

Ekspozisiya müddəti:

-Əllərin gigiyenik dezinfeksiyası – 3 ml 30 san. bir dəfə

-Əllərin cərrahi dezinfeksiyası – 5 ml 3 dəq. iki dəfə

Hepatit B, C, D və HİV zamanı – 5 ml 3 dəq. bir dəfə


Buraxılış forması:

Flakon 250 ml


Oxşar məhsullar

Digər məhsullar