Artikul:
Reytinq: 260
Ref Kod:
Brend:Linet
Yan tərəflərə (lateral) olan əyilmələrlə olan universal yataq müxtəlif şöbələrdə yataq rejimində olan xəstələr üçün çox universaldır. Yatağın yan əyilmə funksiyası yataq yaralarının qarşısının alınması və gündəlik qulluq zamanı xəstənin yerinin dəyişdirilməsini asanlaşdırır.
Latera yatağının ±15° ilə olan lateral əyilmələri tibb bacısına xəstə ilə olan manipulyasiyaları digər işçilərin köməyi olmadan sərbəst keçirməyəvə az güc sərfetməyə imkan verir. Yan əyilmələr xəstənin qulluğunu ( xəstənin geyindirilməsi və gigiyenası, yataq örtüyünün dəyişdirilməsi və s.) nəinki rahat və sadə etməyə kömək edir, həmçinin yataq yaralarının, tromboembolik vəziyyətin və tənəffüs sisteminin ağırlaşmasının qarşısını alır.
Avtoreqressiya funksiyasının istifadəsi çanaq hissəsində dairənin genişlənməsinə imkan verir və bununla da toxuma sıxılmasının və qarın boşluğunda olan orqanların sıxılmasının qarşısını alır və xəstəni rahatlıqla təmin edir.
Yatağı əhatə edən bütöv yan kənarlar xəstəni yıxılmaqdan effektiv qoruyur.
Uzatma funksiyası sayəsində yataqdan uzunboylu xəstələr də istifadə edə bilər.
Texniki parametrlər:
Maksimum yükləmə: 200 kq
Ölçülər : 219 x 98.5 sm
İstehsalçı: Linet , Çexiya Respublikası
Model: Linet Latera
...