AXTARIŞ

Zoll - AED Plus


Stokda: Var

0.00 M  


Müasir texnologiya ilə zənginləşdirilmiş yarı-avtomatik semi automatic AED

Artikul:
Reytinq: 0
Ref Kod:
Brend:Zoll


Təcili Sifariş et




Zoll AED Plus yüksək keyfiyyətli monitor,rahat başa düşülə bilən interfeys və səsli təlimat sistemi ilə təchiz olunmuşdur. Bütün bunlar dəqiq instruksiya ilə hərəkət etməyə və AED (avtomatik eksternal defibrilyator)  ilə reanimasiya tədbirləri həyata keçirilərkən səhvlərə yol verməməyə imkan yaradır.

Bundan əlavə defibrilyatorda D-Pad adlı patentləşdirilmiş elektrod  texnologiyasından istifadə edilir, hansı ki, döş qəfəsinin sıxılma təzyiqini düzgün qiymətləndirir və  ehtiyac duyulduqda yardım göstərən  şəxsə təzyiqi artırmaq və ya azaltmaq üçün  səs komandası verir.


 Zoll  şirkətinin Düzbucaqli ikifazali  impulsu

Zoll – müxtəlif markalı müasir defibrilyatorların böyük əksəriyyətində istifadə olunan düzbucaqli ikifazalı (bifazik) impulsu yaratmış şirkətdir. Ürək mədəciklərinin fibrillyasiyası zamanı bu impuls  çox effektivdir və elektrodarası impedansın yüksək olduğu pasientlər üçün demək olar ki, ideal seçimdir. Düzbucaqlı impuls hətta güclü cərəyan sıçrayışlarında stabil qalır və bu səbəbdən həttə doş qəfəsi müqavimətinin yüksək olduğu hallarda da formasını qoruyub saxlayır.  Bu effektiv yardım göstərməklə yanaşı miokard travmalarının baş verməsi riskini dəfələrlə azaldır. Ənənəvi  defibilyatorlar  360 J enerji istifadə etdiyi halda, Zoll ikifazali cərəyanı maksimum 200 J istifadə edir. Hələ 2005 ci ildə Avropa Renimasiya Şurası təsdiqləmişdir ki, Zoll cərəyanı ənənəvi cərəyan qədər effektivdir, lakin eyni zamanda dəfərlərlə təhlükəsizdir.


 Səsli və yazili CPR təlimatlar

Rahat anlaşılan interfeys və səsli təlimatlar sistemi sayəsində  Zoll AED PLUS yardım göstərən şəxsə cihazla və pasientlə bir an içində əks əlaqə yaratmağa imkan verir.Bu təlimatlar xilasedicinin CPR zamanı  tez-tez yol verdiyi səhvlərin qarşısını almağa imkan yaradır. Misal üçün kompressiya saylarının və onların dərinliklərinin yetərli olmaması kimi səhvləri. Defibrilyatorun verdiyi səs siqnalları əsasında yardım göstərən şəxs döş qəfəsi sıxılmalarının (kompressiyaların) nə zaman daha güclü, nə zaman daha zəif etməli olduğunu və nəhayət nə zaman ideal olduğunu dərhal anlaya bilir. Sıxılmaların ritmik və davamlı icra olunması üçün elektrod örtükləri xüsusi metronomla təchiz olunmuşdur. Onun məqsədi – xüsusi səriştəsi olmayan insanlara dəqiqədə 100 kompressiya etməyə kömək etməkdir.

Vahid elektrod örtüyü iki ayrılmış elektroddan daha yaxşıdır

Avtomatik eksternal defibrilyatorların çox vaxt bir çatışmayan cəhəti olur. Xilasedici iki elektrodu xəstənin bədəninə düzgün formada yerləşdirməyi bacarmalıdır. Təcrübəsi olmayan  bir insanın CPR  öhdəsindən gələ bilməsi çətin məsələdir. Zoll şirkəti  bunu nəzərə alaraq, xüsusi dizaynlı CPR-D Padz elektrodlarını icad edib. Elektrodlar xüsusi zolaqla birləşdirilib. Birləşdirici zolaqda döş qəfəsinin kompressiyası nahiyəsi xüsusi işarə ilə göstərilib.  Kompressiya nöqtəsi elə təsvir edilib ki, elektrodları səhv yerləşdirmək mümkün deyil. Yəni elektrodlar döş qəfəsində düzgün nahiyədə öz yerlərini alacaqlar. Bundan əlavə, CPR D-Padz elektrodlarının patentləşdirilmiş yararlılıq müddəti təqribən 4 il təşkil edir. Bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş elektrodlar sırasında bu müstəsna bir haldır.


Uzun yararlılıq dövrü olanstandart litiumlu batareya

Zoll AED plus  həmçinin öz qənaətliliyi ilə də diqqəti cəlb edir.  Cihaz kifayət qədər sərfəli litiumlu batareyalarla işləyir ki, bunlar da 5 ilə qədər yararlı ola bilir. Yeni batareyaları almaq isə kifayət qədər asandır, çünki onlar istənilən elektronika dükanında sərbəst əldə oluna bilərlər.

Daxili Maye Kristallı  Displey (LCD)

Defibrilyatoru istifadə edən şəxs istəyinə görə ekrana EKQ-nin 2-ci aparmasının nəticələrini çıxara bilər. Elektrokardioqrammadan əlavə, monitorda reanimasiyanın davamlılığı sayğacı, pasientə verilən şokların sayı və döş qəfəsi sıxılmalarının (kompressiyalarının) dərinliyinin detallı diaqramması əks olunur.


AED_Plus_Brochure.pdf  AED_Plus_Spesifikasiyalar.pdf

Oxşar məhsullar

Digər məhsullar