AXTARIŞ

Zoll - AutoPulse


Stokda: Yoxdur

0.00 M  


Yüksək keyfiyyətli fasiləsiz işləmə qabiliyyətinə malik CPR

Artikul:
Reytinq: 0
Ref Kod:
Brend:Zoll


Təcili Sifariş et



ZOLL AUTOPULSE - ürəyin avtomatik  qeyri-düz (qapalı) masajını həyata keçirən inqilabi və bir sıra xüsusiyyətlərinə görə unikal cihazdır. Ədlə edilən ürək masajı ilə müqayisədə AutoPulse  qanın daha davamlı və keyfiyyətli sirkulyasiyasını təmin edir. Keyfiyyətli və davamlı kompressiyalar sayəsində cihaz beyinin  və  ürəyin  qan təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verir. Eyni zamanda , AUTOPULSE kompressiyalar arası fasilələri minimuma endirərək adekvat koronar perfuziyanı təmin edir. Beləliklə pasientə fasiləsiz qeyri-düz masaj etmək və paralel olaraq digər reanimasyon tədbirlər həyata keçirmək mümkün olur. Cihazın detallı düşünülmüş dizaynı ondan reanimasiyada, intensiv terapiya şöbələrində, təcili tibbi yardım maşınlarında  və bilavasitə hadisə yerində istifadəsinə şərait yaradır.



 ZOLL AutoPulse cihazının üstünlükləri

- Mövcud rejimlərin rahatlıqla seçimi və təlimatların vizual  olaraq istifadəçiyə çatdırılması üçün daxili displey.

- 2 müxtəlif rejim seçimi: 30:2 qaydası üzrə kompressiyalar və ya daimi kompressiyalar. Kompressiyanın dərinliyi – döş qəfəsinin ön-arxa ölçüsündən asılı olaraq 20% səviyyəsində müəyyən edilməsi.

- 136 kq çəkiyə qədər olan xəstələrdə istifadə oluna bilməsi.

- AutoPulse platformalarının xərəklərə fiksasiya edilmə imkanı.

- Xəstələrin nəqli zamanı onların fiksasiyası üçün xüsusi fiksatorların olması.

- Daşınılması üçün əl çantası və arabanın mövcudluğu.

- Komplektə 2 ədəd akumulyatorlu batareya və batareyaların şarj cihazı daxildir.  Bir dolu batareyanın gücü  40 dəqiqə fasiləsiz kompresiyaları təmin etməyə yetərli olur.





Auto_Pulse_Brochure.pdf  Auto_Pulse_Spesifikasiyalar.pdf



Oxşar məhsullar

Digər məhsullar