Artikul: 33740/ 2MA/ 12MI+N/ NH
Reytinq: 114
Ref Kod:
Brend:Orfit
Bu termoplastik materiallar əsasən tibbi avadanlıqlar və radioloji terapiya sahəsində xəstələrin immobilizasiyası üçün nəzərdə tutulmuşdur.
MƏHSUL TƏSVİRİ
NANOR termoplastik materialları olduqca nazik ölçüdə hazırlanmışdır. Çox asanlıqla xəstənin anatomiyasına uyğun istənilən formanı ala bilir. Həmçinin, yeni yapışmayan səth və antibakterial xüsusiyyətləri var.
Bu maskaların, xəstəxana mühitində mikrobların yayılmasının qarşısını alan özünəməxsus xüsusiyyətləri var. Qalınlıq və deşiklərinə görə müxtəlif növləri mövcuddur.
İSTİFADƏ ÖNCƏSİ TƏDBİRLƏR
NANOR termoplastik materialların sıxlığı 1.17 g/sm³-dir.
SAXLANILMA:
NANOR termoplastik materialları quru şəraitdə və öz original paketlərində minimum 10°C və maksimum 30°C-də saxlanılmalıdır.
MƏZMUN VƏ TULLANTI QAYDALARI
Bu məhsullar su ilə təmizlənməlidir. Əgər təmizləmə mayesi haqqında əmin deyilsinizsə istifadə etməyin. Aerozol spreylərdən, korroziya təmizləyici vasitələrdən, müxtəlif əridici və həlledicilərdən qəti istifadə etməyin.
Məişət tullantıları ilə birlikdə atıla bilər.
TƏTBİQ ÜSULLARI
NANOR-u 65°C və 70°C temperaturda su vannasına yerləşdirin. Bu ideal yumşaltma temperaturudur.
NANOR Hibrid maskasını isidərkən maskanın su vannasının üzərində dayanmasına nəzarət edin. İstilik tapançasını istifadə edərkən 250°C-dən çox olmamalıdır. NANOR maskasından istifadə zamanı heç vaxt açıq oddan istifadə etməyin.
80°C-dən və 20 dəqiqədən çox isitməyin.
Xəstəni düzgün müayinə pozisiyasında uzadın.
İdeal iş xüsusiyyətləri əldə etmək üçün aşağıdakı cədvələ baxın:
NANOR 1.2 mm |
3 dəqiqə |
NANOR 1.6 mm |
3 dəqiqə |
Hybrid (Efficast 16MI or 2MI + NANOR 12MI+) |
4 dəqiqə |
NANOR-u isitmə zamanı yaxından müşahidə edin. Sonra onu sudan götürün və dəsmalla qurulayın. Cəld hərəkət etməyiniz vacibdir! Sudan götürmək və onu xəstənin üzərinə tətbiq etmək 15 saniyədən çox olmamalıdır.
...