AXTARIŞ

OLYMPUS CV-1500 Video Sistem Mərkəzi


Stokda: Yoxdur

0.00 M  


5 LED Spectrum texnologiyalı vahid endoskopik platforma

Artikul:
Reytinq: 0
Ref Kod: OLYMPUS, EVIS X1, CV-1500
Brend:OLYMPUS


Təcili Sifariş et



5 LED Spectrum Texnologiyalı vahid platforma

LED texnologiyalı işıq qaynağı ilə video prosessoru birləşdirərək Olympus daha güclü
lakin eyni zamanda 
sələflərindən daha yığcam və yüngül bir sistem yaratmışdır.

Geniş uyğunluq diapazonu

CV-1500 sistemi bir çox müxtəlif tipli endoskoplara qoşula bilir və beləliklə istifadəçilər üçün
geniş çeşiddə 
endoskop dəstəkləmə funksiyalarını əlçatan edir.

Təkmilləşdirilmiş görüntüləmə

Ənənəvi ağ işıq, NBI (Narrow Band Imagind) və AFI (Auto Fluorescence Imaging) rejimləri ilə
yanaşı 
CV-1500 sistemində diaqnostik və terapevtik imkanları əhəmiyyətli dərəcədə gücləndirən
əlavə bir neçə yeni texnologiya tətbiq olunub:

- TXI (Texture & Color Enhancement Imaging) 
selikli qişa səthinin strukturunu, rəng tonunu və parlaqlığını optimallaşdırır.




- RDI (Red Dichromatic Imaging )
dərin damarların və qanaxma mənbələrinin aşkarlanmasını asanlaşdırır.




- BAI-MAC (Brightness Adjustment Imaging with Maintenence of Contrast)
qaranlıq sahələrdə parlaqlığı artırır.



İstifadəçi üçün rahat, intuitiv funksiyalar

One-Touch konnektoru endoskopun rahat və sürətli qoşulmasını təmin edir.
Ağ işığ balansını ayarlamağa ehtiyac 
qalmır. Prosedur vaxtının və iş axınının
sürətləndirilməsi üçün sistemin işə salınması daha da sadələşdirilib.

Touch-sensorlu panel intuitiv idarəetməni asanlaşdırır.
Eyni zamanda Pre-freeze və MyCV kimi rejimlər isfadəçi üçün 
rahat iş mühiti yaradır.
LED lampaların istifadəsi onları dəyişmədən illərlə istifadə etməyə imkan verir.




CV-1500_DAHA_ETRAFLI.pdf


Oxşar məhsullar

Digər məhsullar