AXTARIŞ

SYSMEX CA-104


Stokda: Var

0.00 M  


Yarı-avtomatik, 4 kanallı qan koaqulyasiya analizatoru.

Artikul:
Reytinq: 107
Ref Kod:
Brend:Sysmex


Təcili Sifariş et



Standartlaşdırılmış prosedur

 

Cihaz,  nümunələri və reagentləri avtomatik olaraq inkubasiya edir və qarışdırır, həmçinin reagentlərin  əlavə edilmə vaxtı avtomatik olaraq qeyd olunur.  “Auto-start“ funksiyası reagentlərin əlavə olunması, triggerlərin qarışdırılması və laxtaların  aşkarlanması  anını avtomatik olaraq müəyyənləşdirir. Bu prosedur, demək olar ki, əllə müdaxilə tələb etmir, yerinə yetirilməsi asandır və yüksək keyfiyyətli, sistematik nəticələrin əldə olunmasını təmin edir. Beləliklə, siz öz laboratoriyalarınızda standartlaşdırma prosesinə daha çox diqqət yetirə bilərsiniz.


Təhlükəsiz və asan məlumat işləmə 

CA-104 də  aparılan  analizlər  sadədir. Siz spesifik məlumatları və parametrləri  əvvəlcədən proqramlaşdırılmış ChipCARD vasitəsilə analizatora daxil edə bilərsiniz, bu məlumatlar  ona  inteqrasiya olunmuş ChipCARD oxuyucu tərəfindən oxunur. Beləliklə, səhvlərin olması riski əhəmiyyətli dərəcədə azalır. Ölçmə zamanı, nəticə kimi yazılmış məlumatlar, reaksiya əyriləri və pasiyentin  məlumatları inteqrasiya olunmuş SD-card interfeysi vasitəsilə SD-cardda saxlanıla bilər.


Oxşar məhsullar

Digər məhsullar