AXTARIŞ

EDAN C3/C6 Video Kolposkopları


Stokda: Yoxdur

0.00 M  


C3/C6 Video Kolposkopları LED işıqlandırma, Yüksək çözümlüklü kamera, elektron yaşıl filtr, dəqiq servikal müayinə

Artikul:
Reytinq: 0
Ref Kod:
Brend:EDAN


Təcili Sifariş et



EDAN C3/C6 Video Kolposkopları

Parlaq LED işıqlandırma sistemi, yüksək çözümlüklü kamera, elektron yaşıl filtr və bir sıra digər innovativ xüsusiyyətləri sayəsində EDAN kolposkopları  servikal müayinə zamanı Full-Screen (bütöv monitor) ölçüdə təmiz, yüksək keyfiyyətli görüntünü təmin edirək ginekoloqlara dəqiq diaqnoz müəyyən etməkdə  xidmət edirlər.


Qabaqcıl texnologiyalı kamera modulu

  • Yüksək çözümlüklü (high-definition) kamera yüksək keyfiyyətli görüntülərin alınmasını təmiin edir.
  • Elektron yaşıl filtr damarların görüntüləməsini yaxşılaşdırır.
  • Parlaq LED soyuq işıqlandırma sistemi - təbii rəngötürməni təmin edir. C3 modeli 24 ədəd (1600 lux), C6 modeli isə 40 ədəd LED lampa ilə (2500 lux) təchiz edilmişdir.
  • Təkmilləşdirilmiş avtofokus sistemi – müayinənin hər anında dəqiq, iti fokuslu görüntünü təmin edir.
  • Böyüdülmüş (zoom) görüntü real zamanda ekranda əks olunur. 


Optimal iş şəraiti 

  • EDAN şirkətinin digər model kolposkoplarında olduğu kimi C3 və C6 modellərində də müxtəlif variantda kolposkop dayağı seçilə bilər. Ginekoloqların tələblərinə görə standart vertikal və ya hərəkətli qolu olan təkərli dayaqlar təqdim olunu bilər.
      
  • Bununla belə, digər  model kolposkoplarından fərqli olaraq C3 və C6 modelləri xüsusi işçi stansiyalarla komplektləşdirilir. İşçi stansiyalar kompakt dizaynlı təkərli arabalardan və bu arabalara inteqrasiya olunmuş monitor, personal komyuter və klaviaturadan və yaxud notebook-dan ibarət ola bilər. 




  • Düymələrin rahat yerləşməsi cihazı bir əllə idarə etməyə imkan verir.




  • Şəkil və videoların yazılışı həkimin istəyindən asılı olaraq 3 müxtəlif üsulla, o cümlədən ayaq pedalı ilə  həyata keçirilə bilər. Bu prosesi xeyli sürətləndirməyə şərait yaradır.

  • Asetat turşusu və Lüqol məhlulu sınaqları üçün taymer - müayinə zamanı dəqiq və ən keyfiyyətli görüntüləri qeyd etməyə və beləliklə uşaqlıq boynunun aşağı və yüksək dərəcəli displaziyasını aşkar etməyə imkan verir.

Peşəkar proqram təminatı

  • Görüntülərin və məlumatların idarəolunması üçün güclü proqram təminatı.
  • Müqayisəli analiz və dəqiq diaqnoz müəyyən etmək üçün kolposkopik görüntülərin zəngin qalereyası
  • Çoxformatlı raport çıxarışı
  • Pasient haqqında məlumatların daxil edilməsi üçün rahat interfeys
  • DICOM 3.0 dəstəklənməsi



R-way® - Kolposkopiya Qiymətləndirmə Sistemi

R-way ®   - kolposkopik müayinə zamanı aşkarlanan tapıntıların təsviri (interpretasiyası) üçün təlimat və standartlaşdırma funksiyalı innovativ proqram təminatıdır.
R-way proqramı istifadəçiyə imtahan testi şəklində, yəni bir neçə variantda cavabı olan sadələşdirilmiş suallar təqdim edir. Bu sualları hətta kolposkopiya üzrə böyük təcrübəsi olmayan kliniki istifadəçilər də asanlıqla cavablandıra və beləliklə ilkin diaqnozu müəyyən edə bilərlər.

  • R-way  standartlaşdırılmış kolposkopik skrining prosedurunu aparmağa və keyfiyyətə nəzarəti yaxşılaşdırmağa imkan verir
  • R-way  CIN2+ (Cervical Intraepithelial neoplazia grade 2 and worse)  yəni 2-ci və ya daha yüksək dərəcəli servikal neoplaziya aşkarlnaması üçün standartlaşdırılmış qiymətləndirməni aparmağa və raport formalaşdırmağa imkan verir.  






Oxşar məhsullar

Digər məhsullar