AXTARIŞ

HEXALUX MÜAYİNƏ LAMPASI


Stokda: Yoxdur

0.00 M  


Yeni nəsil çoxtəyinatlı LED işıqlı müayinə lampası.

Artikul:
Reytinq: 0
Ref Kod: müayinə lampaları, LED lampalar
Brend:Steris


Təcili Sifariş et



Steris şirkətinin yeni nəsil güclü LED işıqlı HexaLux® müayinə Lampası  tibb müəssisələrinin bir çox sahələrində, o cümlədən müayinə otaqlarında, doğuş zallarında, təcili yardım otaqlarında, reanimasiya şöbələrində istifadə üçün yaradılmışdır.

Uzunömürlü LED lampa

HexaLux® işıqlandırıcısı R9 şkalası üzrə yüksək göstəriciyə (97) malik və 65 000 lyuks işıqlandırma gücündə olan 16 ədəd LED lampa ilə təchiz edilib və 50 000 saatdan artıq iş müddəti üçün nəzərdə tutulub.  


Dizayn özəllikləri

HexaLux®  5 svəyyəli işıqlandıma gücünə sahibdir. İstəkdən asılı olaraq tavandan və ya divardan bərkidilən yaxud səyyar versiyada sifariş edilə bilər. Səyyar versiyada lampanın komplektinə əlavə olaraq bir sıra aksesuarlar və opsiyalar sifariş edilə bilər, misal üçün alətlər üçün masa və ya rəf, səbət, özü yığılan elektrik kabeli


Sterilizasiya oluna bilən əl tutqacı

İstifadəçinin rahatlığı üçün lampanın vəziyyəti və bütün parametrləri mərkəzi əl tutqacı ilə idarə oluna bilir. Bu tutqac lampadan rahatlıqla çıxarılıb taxıla və sterilizasiya oluna bilir.


Texniki parametrləri

İşıqlandırma gücü: 65 000 lyuksa qədər

İşıq axınının sahəsi: 14 sm-dən 20,5 sm-dək

İşıq temperaturu: 4400 K (+/- 6%)

CDI İşıqötürmə indeksi: 95 (+/- 6%)

R9 Tünd qırmızı rəng indeksi: 97 (+/- 6%)

LED lampanın orta ömrü: 50 000 saat

  


Oxşar məhsullar

Digər məhsullar