AXTARIŞ

Baxter PrisMax Kəskin Terapiya Sistemi


Stokda: Yoxdur

0.00 M  


CRRT (SCUF, CVVH, CVVHD, CVVHDF,) TPE, ECCO2R

Artikul:
Reytinq: 0
Ref Kod: Kəskin Hemodializ, Sürəkli Böyrək Əvəzedici Terpiy
Brend:Baxter


Təcili Sifariş et



PrisMax sistemi, uzun illər sahə lideri olan Prismaflex platforması üzərində yaradılmışdır.




Yeni nəsil cihazda tətbiq edilən bir sıra təkmilləşdirmələr onun istifadəsini daha asan və effektiv etmişdir.
Beləliklə Sürəkli Böyrək Əvəzedici Terapiya (CRRT) prosedurları zamanı istifadəçi güvənliyi daha da yüksək səviyyəyə gətirilmişdir. PrisMax sistemi İntensiv terapiya şöbələrində çalışan mütəxəssislərin və müalicə alan pasientlərin ehtiyaclarını qarşılayan Baxter şirkətinin geniş çeşidli kəskin terapiya məhsul portfoliosu ilə dəstəklənməkdədir.


TƏYİNATI

Prismax cihazı aşağıda qeyd edilən hallar üçün nəzərdə tutulub:

- Kəskin böyrək çatışmazlığı və/və ya həddindən artıq maye yüklənməsi olan və çəkisi  20 kq-dan yuxarı olan pasientlərdə Sürəkli Böyrək Əvəzedici Terapiya prosedurlarının aparılması, o cümlədən:

  • Aşağı sürətli Ultrafiltrsiya (SCUF)
  • Sürəkli Veno-Venoz Hemofiltrasiya (CVVH)
  • Sürəkil Veno-Venoz Hemodializ (CVVHD)
  • Sürəkli Veno-Venoz Hemodiafiltrasiya (CVVHDF)

 -  Plazma komponentlərinin xaric edilməsinə göstərişi olan və çəkisi 20 kq-dan yuxarı olan pasientlərdə Terapevtik Plazmaferez (TPE) prosedurları

-  Ekstrakorporal CO2 xaric edilməsi (ECCO" Removal) prosedurları

Diqqət! PrisMAx cihazı ilə keçirilən bütün prosedurlar yalnız həkim tərəfindən təyin olunmalı, bilavasitə həkim tərəfindən yaxud onun nəzarəti altında aparılmalıdır.




XÜSUSİYYƏTLƏRİ

  • Prismax sistemi tam inteqrasiya olunmuş və xəttləri fabrikada hazır vəziyyətdə birləşdirilmiş Baxter şirkətinin setləri ilə çalışır. Setlər prosedur zamanı avtomatik yüklənir, doldurulur və yoxlanılır.

  • Setin hər bir komponenti uğurla quraşdırıldıqda sistem istifadəçiyə ekranda bu haqda vizual təsdiq təqdim edir.

  • Sensorlu ekran: 1024 x 768 16-bit rəngli maye kristallı monitor müalicə proseduru ilə əlaqəli bütün məlumatları ekranda təqdim edir (təyinatlar, axınlar, təzyiqlər və s.)

  • Tənzimlənə bilən displey daha yaxşı baxış bucağını əldə etməyə imkan verir və daşınma zamanı düz qalır

  • Pasient mayesinin xaric edilməsinin tənzimlənməsi: xüsusi proqram təminatı eflüent pompasının axın sürətini tələblərə uyğun olaraq tədricən tənzimləyə bilir və beləliklə hədəf edilmiş maye həcminin xaric edilməsinə nail olmağa və müalicə zamanı tez-tez yaranan fasilələrin qarşısını almağa imkan verir.

  • Cihazın yaddaşında quraşdırılmış profillər (ayarlanmış parametrlər) prosedura daha tez zamanda başlamağa imkan verir

  • Deaerasiya kamerası əvəzedici məhlulun axını zamanı qan-hava təmasının qarşısını alır

  • Avtomatik Maye Səviyyəsi Sensoru deaerasiya kamerasının hündürlüyünü prosedur boyu optimal səviyyədə saxlamağa imkan verir

  • Kiçik ekstrakorporal qan həcmi (İstifadə olunan setdən asılı olaraq 58-193 ml civarında dəyişir)

  • Proqramla idarə olunan sıxıcı klapanlar pre və/və ya post-dilyusiya nisbətini seçməyə və prosedur zamanı bu göstəricinin dəyişdirilməsinə imkan verir

  • Qan Pompasının Rampası: aktivləşdirildikdə, bu funksiya hədəf olunan səviyyəyə çatmaq üçün müalicənin ilk doqquz saniyəsi ərzində qan axını sürətini yavaş-yavaş artırır.

  • Tərəzilər üzərində yerləşən rəngli LED işıqlar setin qoşulması, prosedurun gedişi və həyəcan siqnallarının idarəolunmasında mühüm istiqamətləndirici rol oynayır


OPSİONAL FUNKSİYALAR

  • Avto-Eflüent (AE) Drenaj Aksesuarı növbə ilə avtomatik eflüent torbalarını doldurur və onları drenaja boşaldır. Beləliklə prosedur zamanı əl ilə drenaj və ya tullantı torbasının dəyişdirilməsi ehtiyacı aradan qaldırılır.




  • TherMax qan isidicisi birbaşa PrisMax sistemi ilə inteqrasiya olunur və prosedur zamanı yüksək effektivliliklə qanın isidilməsini təmin edir. Elektrik təchizatı: 100–240 VAC, 50–60 Hz; Güc: <350VA




Cihazın texniki parametrləri və digər xüsusiyyətləri ilə əlavədəki broşurdan tanış olmaq olar.


Prismax_-_AZE.pdf





Oxşar məhsullar

Digər məhsullar