AXTARIŞ

Baxter Prismaflex HF20 / HF1000 / HF1400 Hemofiltrasiya Dəstləri


Stokda: Yoxdur

0.00 M  


Prismax və Prismaflex cihazları ilə istifadə üçün hemofiltrasiya dəstləri

Artikul:
Reytinq: 0
Ref Kod:
Brend:Baxter


Təcili Sifariş et



Prismaflex HF20 / HF1000 / HF1400 Dəstləri Baxter şirkətinin Prismaflex və Prismax sistemləri ilə Sürəkli Böyrək Əvəzedici Terapiya prosedurlarının icrası üçün nəzərdə tutulublar. Sistem, kəskin böyrək çatışmazlığı, orqanizmin artıq maye ilə yüklənməsi, yaxud bunların hər ikisi müştərək olduğu hallarda tətbiq edilə bilər.

HF seriyalı bütün dəstlərin əsasını Poliariletilsulfon (PAES) membran təşkil edir.
Dəstlər bütün növ Sürəkli Böyrək Əvəzedici Tterpiya prosedurlarında, o cümlədən:

  • SCUF (Aşağı sürətli Sürəkli Ultra Filtrasiya), 
  • CVVH (Sürəkli Veno-venoz Hemofiltrasiya), 
  • CVVHD (Sürəkli Veno-Venoz Hemodializ), 
  • CVVHDF (Sürəkli Veno-venoz HemoDiaFiltrasiya) 

prosedurlarında istifadə oluna bilərlər.

Prismaflex HF20 / HF1000 və HF1400 dəstlərinin PAES membranı minimal protein absorbsiyası və yüksək maye ultrafiltrasiyası xüsusiyyətinə malikdir.

Prismaflex HF20 dəsti çəkisi 8 kq-dan aşağı olan körpələrdə, HF1000 və HF1400 dəstləri isə çəkisi 30 kq-dan yuxarı olan pasientlərdə istifadə üçün nəzərdə tutulmuşlar.

DİQQƏT! Prismaflex HF20/ HF1000/ HF1400 Hemofiltrasiya Dəstləri ilə aparılan bütün prosedurlar həkim mütəxəssis tərəfindən təyin edilməli, bilavasitə onun özü tərəfindən yaxud onun nəzarəti altında icra edilməlidir. Hər hansı bir prosedura başlamazdan əvvəl pasientin ölçüləri, çəkisi, uremiya statusu, ürək-damar sisteminin vəziyyəti və ümumi vəziyyəti həkim tərəfindən diqqətlə və hərtərəfli qiymətləndirilməlidir.

Məhsullar haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı broşurları yükləyin.


Prismaflex-HF1000-HF1400_AZE.pdf

Prismaflex-HF20-set_AZE.pdf



Oxşar məhsullar

Digər məhsullar