FT10 - Valleylab şirkətinin ən yeni model elektrocərrahi cihazıdır.
Özündə bir neçə generatorun funksiyalarını və üstünlüklərini cəmləşdirdiyinə görə bu cihaz “enerji platforması” adlandırılır.
Əvvəlki nəsil cihazlarla müqayisədə FT10 generatoru daha efektiv və daha təhlükəsizdir.
Damarların liqasiyası (möhürlənməsi), toxumaların koaqulyasiyası və disseksiyası daha sürətlidir.
Cihaz ümumi cərrahiyyə, ginekologiya, urologiya, plastik cərrahiyyə, kolorektal cərrahiyyə, ortopediya və digər sahələrdə istifadə olunur.
Xüsusiyyətləri
- Generatorun elektrocərrahi təsirinin əsasını “TissueFect” - toxumaların elektrik parametrlərinin izlənməsi funksiyası təşkil edir. Bu sistem saniyədə 434 000 dəfə toxumanın müqavimətini ölçür və əldə olunan nəticəyə görə interaktiv olaraq toxumaya ötürülən enerji səviyyəsini və parametlərini tənzimləyir.
- Təkmilləşdirilmiş “LigaSure” damar liqasiyası (möhürləməsi) funksiyası – ətraf toxumaları zədələmədən damarların sürətli, təhlükəsiz möhürlənməsini təmin edir. Optimal cərrahi effekt əldə etmək üçün cihaz toxumaya yalnız dəqiq hesablanmış enerji miqdarını ötürür.
- FT10 platforması Valleylab şirkətinin bütün elektrocərrahi alətlərini dəstəkləyir.
- Alətlərin avtomatik tanınması funksiyası ilə təchiz edilib.
- Vahid sensorlu ekran cihazın idarəetməsini daha rahat və asan edir.
- Valleylab Exchange – proqram təminatının yenilənməsi sistemi.
- İnternetə qoşulma imkanı.
- Unikal “Valleylab” rejimi - optimal hemostaz və disseksiya kombinasiyası.
- Neytral elektrodlar üçün adaptiv REM texnologiyası.
- Bütün bipolyar rejimlər üçün “Autobipolar” koaqulyasiya funksiyası.
- İnteqrasiya edilmiş bipolyar rezeksiya funksiyası – TURP əməliyyatlarının efektiv icrasının təminatı,
K.Storz və R.Wolf rezektoskopları üçün kabellər.
- FT10 həmçinin Bipolyar və Monopolyar epikardial radiotezlikli ablasiya alətlərini dəstəkləyir.
- SoftCoag - Yumşaq monopolyar koaqulyasiya rejimi.
- RapidVac və ya OptiMumm tüstü evakuatorları ilə müştərək istifadə imkanı.
Əlaqə Tel. / Whats App: +994 55 455 56 86