AXTARIŞ

LF1937 LIGASURE MARYLAND JAW LAPAROSCOPIC SEALER / DIVIDER WITH NANO-COATING


Stokda: Var

0.00 M  


Laparoskopik əməliyyatlar üçün çoxfunksiyalı möhürləmə / ayırma sistemi. İnteqrasiya edilmiş kəsici mexanizmlə təchiz edilmişdir. Alətin möhürləyici a

Artikul:
Reytinq: 0
Ref Kod: LigaSure Maryland, LF1937
Brend:Medtronic


Təcili Sifariş et



LigaSure texnologiyası unikal təzyiq və enerji kombinasiyası sayəsində   toxumaların güvənli möhürlənməsini təmin edir. TissueFect sensor texnologiyası, əl və ayaqla aktivasiya mexanizmləri, inteqrasiya edilmiş kəsici mexanizm bu alətləri çoxfunksiyalı möhürləmə/ayırma sisteminə çevirir.
LigaSure alətləri aşağı temperatur profilinə malikdirlər və rəqib istehsalçıların alətləri ilə müayisədə  toxumaları daha soyuq temperaturda möhürləmə qabiliyyətinə malikdirlər. Bu xüsusiyyət möhürləmə zamanı arzuolunmaz istilik enerjisinin ətraf toxumalara yayılmasının qarşısını alır və eyni zamanda alətin xidmət müddətini uzadır. Alət bütün əməliyyat boyu eyni effektivliklə işləyə bilir.

LigaSure alətləri geniş çeşiddə təqdim olunaraq cərrahiyyənin bir çox sahələrində uğurla istifadə olunur.


LF1937 Ligasure Maryland Laparoscopic Sealer / Divider with Nano-coating Instrument (Ligasure Maryland Nano-örtüklü Laparoskopik möhürləyici / ayırıcı alət) Valleylab FT10 enerji platforması, Valleylab Force Triad və Valleylab LS10 generatorları ilə istifadə üçün nəzərdə tutulmuşdur. 

LigaSure alətlərinin ənənəvi yüksək keyfiyyətli xüsusiyyətlərinə əlavə olaraq yeni nəsil LigaSure Maryland alətinin ağızlıqları xüsusi nano-texnologiyalı yapışmayan materialla örtülmüşdür. Bu əlavə unikal xüsusiyyət onu əvvəlki nəsil alətlərlə müqayisədə daha da effektiv edir.

İndi Siz toxuma və damarların güvənli tutulmasını, möhürlənməsini, kəsilməsini və ayrılmasını daha sürətli həyata keçirə biləcəksiniz. Alətin ağızlıqları yapışmayan materialdan hazırlandığına görə iş zamanı onların arasında daha az qasnaq toplanır və beləliklə alətin əməliyyat zamanı vaxtaşırı təmizlənib işlək vəziyyətə gətirilməsi üçün daha az sayda fasilələr lazım olur. Bu isə əməliyyatın daha sürətli icrasını təmin edir.
və ümumiyyətlə efektivliyi tamamilə yeni səviyyəyə yüksəltmiş olur.


Çoxfunksiyalı çeviklik

LigaSure Maryland alətini istifadə etməklə Siz aşağıdakı üstünlükləri əldə edirsiniz:

  • Bir mərhələli damar möhürlənməsi.
  • Maryland dissektoru sayəsində gücləndirilmiş küt disseksiya.
  • Atravmatik və güvənli sıxıcı mexanizmi.
  • Soyuq qayçı  - kritik kəsmə qərarını həmişə əlinizin alıtnda saxlayır.
  • Düz ağızlıqlı alətlərlə müqayisədə daha əlverişli cərrahi giriş.
  • Düz ağızlıqlı alətlərlə müqayisədə alət ucluğunun daha əlverişli vizualizasiyası.
  • Uşaqlıq və ya mədənin əyriliyini təkrarlayan ağızlıqlar.
  • Damarların asan skeletonizasiyası.


Uzunluğu: 37,0 sm

Fırlanma bucağı: 350 °

İşçi hissənin diametri: 5 mm

Ağızlıqların dizaynı: əyri, Maryland tipli

Möhürləmə uzunluğu: 20,3 mm

Kəsmə uzunluğu: 18,5 mm

Sterildir. Tək istifadəlidir.



Əlaqə Tel. / Whats App: +994 55 455 56 86


Oxşar məhsullar

Digər məhsullar