Artikul:
Reytinq: 0
Ref Kod: Ligasure Maryland LF1923
Brend:Medtronic
LigaSure texnologiyası unikal təzyiq və enerji kombinasiyası sayəsində toxumaların güvənli möhürlənməsini təmin edir. TissueFect sensor texnologiyası, əl və ayaqla aktivasiya mexanizmləri, inteqrasiya edilmiş kəsici mexanizm bu alətləri çoxfunksiyalı möhürləmə/ayırma sisteminə çevirir.
LigaSure alətləri aşağı temperatur profilinə malikdirlər və rəqib istehsalçıların alətləri ilə müayisədə toxumaları daha soyuq temperaturda möhürləmə qabiliyyətinə malikdirlər. Bu xüsusiyyət möhürləmə zamanı arzuolunmaz istilik enerjisinin ətraf toxumalara yayılmasının qarşısını alır və eyni zamanda alətin xidmət müddətini uzadır. Alət bütün əməliyyat boyu eyni effektivliklə işləyə bilir.
LigaSure alətləri geniş çeşiddə təqdim olunaraq cərrahiyyənin bir çox sahələrində uğurla istifadə olunur.
LF1923 Ligasure Maryland Jaw Open Sealer / Divider with Nano-coating Instrument (Ligasure Maryland Nano-örtüklü açıq möhürləyici / ayırıcı alət) Valleylab FT10 enerji platforması, Valleylab Force Triad və Valleylab LS10 generatorları ilə istifadə üçün nəzərdə tutulmuşdur.
LigaSure alətlərinin ənənəvi yüksək keyfiyyətli xüsusiyyətlərinə əlavə olaraq yeni nəsil LigaSure Maryland alətinin ağızlıqları xüsusi nano-texnologiyalı yapışmayan materialla örtülmüşdür. Bu əlavə unikal xüsusiyyət onu əvvəlki nəsil alətlərlə müqayisədə daha da effektiv edir.
İndi Siz toxuma və damarların güvənli tutulmasını, möhürlənməsini, kəsilməsini və ayrılmasını daha sürətli həyata keçirə biləcəksiniz. Alətin ağızlıqları yapışmayan materialdan hazırlandığına görə iş zamanı onların arasında daha az qasnaq toplanır və beləliklə alətin əməliyyat zamanı vaxtaşırı təmizlənib işlək vəziyyətə gətirilməsi üçün daha az sayda fasilələr lazım olur. Bu isə əməliyyatın daha sürətli icrasını təmin edir.
və ümumiyyətlə efektivliyi tamamilə yeni səviyyəyə yüksəltmiş olur.
Çoxfunksiyalı çeviklik
LigaSure Maryland alətini istifadə etməklə Siz aşağıdakı üstünlükləri əldə edirsiniz:
Bir mərhələli damar möhürlənməsi,
Maryland dissektoru sayəsində gücləndirilmiş küt disseksiya,
Atravmatik və güvənli sıxıcı mexanizm,
Soyuq qayçı - kritik kəsmə qərarını həmişə əlinizin alıtnda saxlayır.
Düz ağızlıqlı alətlərlə müqayisədə daha əlverişli cərrahi giriş.
Düz ağızlıqlı alətlərlə müqayisədə alət ucluğunun daha əlverişli vizualizasiyası.
Uşaqlıq və ya mədənin əyriliyini təkrarlayan ağızlıqlar.
Damarların asan skeletonizasiyası.
Uzunluğu: 23,0 sm
İşçi hissənin diametri: 5 mm
Fırlanma bucağı: 350 °
Ağızlıqların dizaynı: əyri, Maryland tipli
Möhürləmə uzunluğu: 20,3 mm
Kəsmə uzunluğu: 18,5 mm
Sterildir. Tək istifadəlidir.
Əlaqə Tel. / Whats App: +994 55 455 56 86
...