Hər il olduğu kimi, bu ildə Milli Onkologiya Mərkəzi tərəfindən Ümumdünya Xərçəng Günü ilə bağlı çoxsaylı maarifləndirmə tədbirlərinin təşkili planlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ümumdünya Xərçəng Günü ilə bağlı Bakıda və ölkənin digər yerlərində xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi sahəsində geniş əhalinin məlumatlılığının artırılması məqsədi ilə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub.

04.02.2017-ci il tarixində saat 14.00-da Bakının Gənclik Mall və Park Bulvar ticarət mərkəzlərində keçiriləcək tədbir çərçivəsində xərçəng xəstəliklərinə dair vətəndaşlara faydalı məlumatlar ötürüləcək, buklet və lifletlər paylanacaq. Tədbir zamanı təcrübəli onkoloqlar tərəfindən vətəndaşların onkoloji xəstəliklərə dair sualları cavablandırılacaq, sağlamlıqlarını qorumaq üçün müvafiq faydalı tövsiyələr veriləcəkdir. Tədbirlərə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri də qatılacaq.

Mənbə: RealPress