AXTARIŞ

Gigasept İnstru AF


Stokda: Var

0.00 M  


Dezinfeksiya və təmizlik üçün, həmçinin elastik endoskoplardan başqa, bütün növ alətlərin sterilizədən əvvəl təmizlənməsi üçün aldehidsiz

Artikul:
Reytinq: 225
Ref Kod:
Brend:Schulke & Mayr


Təcili Sifariş et



Dezinfeksiya və təmizlik üçün, həmçinin elastik endoskoplardan başqa,

 bütün növ  alətlərin sterilizədən əvvəl təmizlənməsi üçün aldehidsiz                         

kombinə olunmuş preparat. Aldehidsiz.

Bizim üstünlüklərimiz

  • Almaniya Gigiyena və Mikrobiologiya birliyinin yeni üsul standartlarına

        və Avropa normalarına cavab verir.

  • Tuberkulosid, məhdud virusidal, bakterisid, levorusid, funqisid aktivlik.
  •  Tətbiqi Gigiyena Birliyinin qeydiyyatına daxildir.
  • Orqanik təzyiqdə belə qisa müddət ərzində təsir
  • Ultrasəsdən  istifadə etdikdə daha tez dezinfeksiya edir.
  • Aldehidsiz olduğundan xoş, təravətli qoxuya malikdir
  • Işlək məhlulun sabitliyi: 7 gün

Preparat haqqında məlumat

Təsiredici maddələr:
100 qr məhlulun tərkibi: kokospropilendiaminguanidin diasetat 14 qr, fenoksipropanol 35 qr, benzalkonium xlorid 2.5 qr, 5 – 15 % ionsuz tenzidlər, ətirləndiricilər.

İstifadə sahəsi

Elastik endoskoplardan başqa, bütün növ termostabil və termolobil  alətlərin əl ilə dezinfeksiyası və əvvəlcədən dezinfeksiyası üçün. Yüksək təmizləmə xüsusiyyətinin sayəsində  - xüsusilə ultrasəsdən istifadə zamanı – və geniş antimikrob spektrı sayəsində Giqasept  İnstru AF şəxsi sahədə və klinikalarda alətlərin təmizlənməsi üçün lazım olan bütün özəlliklərə sahibdir.

İstifadə qaydası və istifadəsinə dair göstərişlər

Bütün alətləri tam şəkildə məhlulda islatmaq lazımdır. Təsir müddətini və konsentrasiyanı artırmaq olmaz!!
ekspozisiya müddəti bitdikdən sonra  dezinfeksiya olunmuş alətləri axar su altında yaxşıca yuyulur.

Giqasept  İnstru AF  yaxşı təmizləyici xüsususiyyətə malik olduğundan onu başqa  təmizləyici vasitələrlə qarışdırmağa ehtiyac yoxdur.

İşçi məhlulun hazırlanma qaydası:

Ekspozisiya müddəti

Məhlul

Konsentrat

Su

Ekspozisiya müddəti

0.5%

5 ml

995 ml

5 dəq (təmizlənmə)

1.5%

15 ml

985 ml

60 dəq

2%

20 ml

980 ml

30 dəq

3%

30 ml

970 ml

15 dəq

4%

40 ml

960 ml

60 dəq

5%

50 ml

950 ml

60 dəq


Antimikrob aktivlik

  • Almaniya gigiyena və mikrobiologiya cəmiyyətinin yeni tələblərinə uyğun olaraq  bakteriyalar (Vərəm/M.terrae daxil olmaqla) və göbələklər
  • Məhdud virusidal ( HİV, hepatit B və C )
  • Adeno və popes SV40  - viruslar
  • Yeni Avropa normalarına cavab verir
  • Ultrasəsin istifadəsi zamanı: bakteriyalar, göbələklər, məhdud virusidal (HİV, hepatit  B və C)


Materiallar tərəfindən keçiriciliyi

Giqasept® İnstru AF  aşağıdakı materiallardan olan alətlər üçün də istifadə oluna bilər:

Metal, rezin, şüşə, farfor, plastmas (polikarbonat üçün şərtidir)

Tətbiq olunan konsentrasiyalar / Təsir müddəti

Aktivlik

5
dəq

15
dəq

30
dəq

60
dəq

VAH / DGHM 1)
• bakterisid

• funqisid
• vərəm

(Almaniya gigiyena və mikrobiologiya birliyinin  yeni metod yoxlamalrına uyğun test edilmişdir)


3 %

2 %

1,5 %

Məhdud virusid 2)
(HİV, Hepatit B və C daxil olmaqla)

0,5 %




adenovirus




4 %

Popes SV40 вирус




4 %

Ultrasəslə:
bakteriyalar, göbələklər, məhdud virusid

(HİV, Hepatit B və C daxil olmaqla)

3 %









Sabitlik

Giqasept® İnstru AF  sabitliyi – 7 sutka. Çox çirklənmə zamanı məhlulu daah tez dəyişmək tövsiyyə olunur.

Ultrasəs yolu ilə təmizlənmə

Giqasept® İnstru AF  özünü xüsusilə ultrasəs aparatlarında yaxşı göstərmişdir. Təhqiqatlar göstərir ki, artıq bir neçə saniyədən sonra çox yaxşı keyfiyyətdə təmizlik əldə etmək olar. İşlək məhlulu 40°С-dən artıq qızdırmaq olmaz. İşlək məhlulu gün ərzində 2 dəfə dəyişmək olar.

Buraxılış forması:

Flakon 2 L


Oxşar məhsullar

Digər məhsullar