Artikul:
Reytinq: 134
Ref Kod:
Brend:BOWA
Əməliyyatlar zamanı yaranan elektrocərrahi tüstü və dumanın zərərli tərəflərinin olması əməliyyatxana personalına bəllidir. Bu tüstü aşağıdakı problemlərin yaranmasına səbəb ola bilər:
- Gözlərin qıcıqlanması
- Gözlərin yaşarması
- Tənəffüs yollarının qıcıqlanması
- Nazofarengial qıcıqlanma
- Baş ağrısı
- Zəiflik
- HİV infeksiyası
- Hepatit
- Karsinoma
- Leykemiya
- Hipoksiya
- Tormozlanma/ Oyanma
- Sancı
Buna görə də hər bir cərrah, özünü və komandasını bu cür zərərli tüstü və dumandan qorumaq haqqında düşünməlidir. Bu baxımdan, elektrocərrahi qurğuların istehsalında qabaqcıl şirkət olan Almaniyanın Bowa şirkəti SHE SHA tüstü evakuasiya sistemini təqdim edir. Cihaz səssiz işləyir və sürəti 708 l/dəqiqəyə çatan güclü vakuum yaradır. SHE SHA mövcud olan bütün elektrocərrahi cihazlara qoşula bilər.
...