AXTARIŞ

Art.329512 LINKAR Broselow pediatrik təcili yardım arabası


Stokda: Var

0.00 M  


Pediatrik profilli klinikalarda müxtəlif yaş qruplarına aid olan uşaqlara təcili yardım göstərilməsi üçün nəzərdə tutulmuşdur.

Artikul:
Reytinq: 95
Ref Kod:
Brend:Malvestio


Təcili Sifariş et



Pediatrik profilli klinikalarda müxtəlif yaş qruplarına aid olan uşaqlara təcili yardım göstərilməsi üçün nəzərdə tutulmuşdur. Beynəlxalq protokollara əsasən Broselow arabaları uşaqlarda yaş-çəki qruplarına uyğun olaraq müəyyənləşdirilmiş 9 fərqli rəng ( yaşıl, narıncı, mavi, ağ, sarı, tünd qırmızı,qırmızı çəhrayi, boz) kodlu siyirtmələrlə təchiz olunur. Hər siyirtmədə müvafiq yaş qrupuna aid olan ilk yardım dəstləri yerləşdirilir. Beləliklə, həkimlər operativ olaraq lazımı siyirtməni açıb pasiyentə maksimum uyğun olan ləvazimatdan istifadə edə bilirlər.

LINKAR Broselow pediatrik təcili tibbi yardım arabası kompozit materiallardan hazırlanmışdır. Hər bir material bu cihazın funksionallığını, etibarlılığını optimallaşdırmaq üçün seçilmişdir. Xüsusi ergonomik quruluşu sayəsində  hətta tam dolu olduqda belə maksimum stabilliyi və manevr imkanlarını təmin edir. Sağ tərəf  2 metal dəstəklə təchiz olunmuşdur. Sol tərəf isə 40° açılan və təmizlik məqsədilə çıxarılma imkanına malik olan 3 ədəd çəkməcə ilə təmin edilmişdir. Üst hissə ABS plastikdən hazırlanmışdır, zərbəyə davamlıdır, yuyulması və dezinfeksiya edilməsi asandır.

LINKAR Broselow pediatrik təcili tibbi yardım arabası standart olaraq aşağıdakılarla təchiz olunmuşdur:

9 ədəd siyirtmə: 600 mm, h 75 mm

Ölçülər:  89x60x104/144 h sm

Çəki: 67 kq



Oxşar məhsullar

Digər məhsullar