Artikul: 35763/2MA/NH
Reytinq: 104
Ref Kod:
Brend:Orfit
Bu termoplastik məhsullar əsasən tibbi avadanlıqlar və radioloji terapiya sahəsində xəstələrin immobilizasiyası üçün nəzərdə tutulmuşdur.
MƏHSUL TƏSVİRİ
EFFICAST®/PELVICAST™ termoplastik məhsulları çox asanlıqla xəstənin anatomiyasına uyğun istənilən formanı alır. Həmçinin, yeni yapışmayan səth və antibakterial xüsusiyyətləri var.
Bu maskaların, xəstəxana mühitində mikrobların yayılmasının qarşısını alan özünəməxsus xüsusiyyətləri var. Qalınlıq və deşiklərinə görə müxtəlif növləri olur.
İSTİFADƏ ÖNCƏSİ TƏDBİRLƏR
EFFICAST®/PELVICAST™ termoplastik materialların sıxlığı 1.13 g/sm³-dir.
SAXLANILMA:
EFFICAST®/PELVICAST™ termoplastik materialları quru şəraitdə və öz original paketlərində minimum 10°C və maksimum 30°C saxlanılmalıdır.
MƏZMUN VƏ TULLANTI QAYDALARI
Bu məhsullar sabunlu su və ya izopropanol və ya etanol yumşaq parça ilə təmizlənməli və dezinfeksiya olunmalıdır. Əgər təmizləmə mayesi haqqında əmin deyilsinizsə istifadə etməyin. Qətiyyən aerozol spreylərdən, korroziya təmizləyici vasitələrdən, müxtəlif əridici və həlledicilərdən istifadə etməyin.
TƏTBİQ ÜSULLARI
EFFICAST®/PELVICAST™ı 65°C və 70°C temperaturda su vannasına yerləşdirin. Bu ideal yumşaltma temperaturudur.
80°C-dən çox isitməyin.
20 dəqiqədən çox isitməyin.
Xəstəni düzgün müayinə pozisiyasında uzadın.
EFFICAST®/PELVICAST™ı isitmə zamanı yaxından müşahidə edin. Sonra onu sudan götürün və dəsmalla qurulayın. Cəld hərəkət etməyiniz vacibdir! Sudan götürmək və onu xəstənin üzərinə tətbiq etmək 15 saniyədən çox olmamalıdır.
...