AXTARIŞ

Ezer ESL-1800 Yarıq lampalı Biomikroskop


Stokda: Var

0.00 M  



Artikul:
Reytinq: 0
Ref Kod:
Brend:Ezer


Təcili Sifariş et



Ezer ESL-1800 Yarıq lampalı Biomikroskopu geniş  diapazonlu optik xüsusiyyətləri, özəl fünksiyaları və keyfiyyətli dizaynı ilə seçilir.

ESL-1800 Carl Zeiss tipli işıqlandırma sistemi və təkmilləşdirilmiş Qaliley Konvergensiyalı Optik Sistemlə (Galilean Converging Optical System) təchiz olunmuşdur.

Cihazın hamar və klassik dizaynı onun joystik və dəstəklərini dəqiq və asan idarə etdirməyə imkan verir. Rahat yerləşdirilən idarəetmə elementləri fantastik optika ilə birlikdə diaqnostik prosedurları o cümlədən  kontakt linzaların taxılmasını həm pasient həm də həkim üçün əhəmiyyətli dərəcədə asanlaşdırır.


5-pilləli böyütmə (zoom) mexanizmi öz sinifində ən yaxşılardan biri olan böyütmə əmsallarını təqdim edir – 12.5x okulyar istifadə etməklə yekun böyütmə əmsalları 6x, 10x, 16x, 25x və 40x göstəricilərinə uyğundur.

Yüksək intensivliyə malik halogen lampa inanılmaz dərəcədə dəqiq və aydın təsvirin əldə edilməsini təmin edir, 3 ədəd daxili  işıq istiqamətləndirici filtrlər isə istənilən an əziyyətsiz söndürülə bilər. Üstün xüsusiyyətləri, keyfiyyətli dizayn, özəl funksiyalar və adekvat qiymət Ezer ESL-1800 biomikroskopunu olduqca cəlbedici edir.


Ezer ESL-1800  Yarıq lampalı Biomikroskopun xüsusiyyətləri


  • Qaliley Konvergensiyalı Optik Sistemi
  • 5-pilləli böyütmə 6x, 10x, 16x, 25x, 40x  (okulyarda dəyişiklik olmur)
  • Davamlı yarığın hündürlüyü 1 mm - 8 mm / Davamlı yarığın eni 0mm-9mm
  • Yeddi ədəd müxtəlif diametrli apertura seçimi
  • Yarıq bucağı: 0 °-dən 180 ° -ə qədər fasiləsiz şaquli və üfüqi istiqamətdə tənzimlənir
  • Yarığın davamlı fırlanması, Vertikallaşdırma (Plus Tilt) mexanizmi
  • Dörd ədəd quraşdırılmış (daxili) filtrlər
  • İki fiksasiya edici hədəf opsiyası
  • İteqrasiya edilmiş joystik
  • 12.5 x Okulyar
  • Hruby linza dəsti
  • İki ədəd əks etdirən güzgü- həm uzun, həm də qısa əks etdirən güzgülər təmin edilir
  • Masa üstü və aksesuar siyirtmə
  • Parlaqlığın (Brightness) tənzimlənməsi



Oxşar məhsullar

Digər məhsullar