AXTARIŞ

OLYMPUS OPTERA Endoskopik Sistemi


Stokda: Yoxdur

0.00 M  


Olympus Optera - rutin endoskopik müayinələr üçün ideal seçim

Artikul:
Reytinq: 0
Ref Kod: OLYMPUS, OPTERA
Brend:OLYMPUS


Təcili Sifariş et



OPTERA
Bir addım öndə


PLANLI MÜAYİNƏNİN YENİ STANDARTI

OLYMPUS endoskopiya sistemləri uzun illərdir ki, dünyada bu sahədə standartları müəyyən edir.Bu məsuliyyəti dərk edərək biz, icad etdiyimiz texnologiyalar sayəsində səhiyyə mütəxəssisləri üçün yenidəyərlər yaratmağa çalışmışıq. Əlbəttə ki, biz endoskopiyanın imkanlarını daha da genişləndirməyə davamedəcəyik. İndi bizim texnologiya daha yığcam oldu. Bu isə planlı skrininq müayinələr üçün əlavə üstünlüklər verir.Əvvəllər mümkün olmayanlar, indi yeni standarta çevrilmişdir. OLYMPUS Optera -nı qarşılayın!


DƏQİQ GÖRÜNTÜLƏMƏDƏN BİR ADDIM ÖNDƏ

HDTV

HDTV -görüntüləmə funksiyasına malik olan Opteraendoskopları yüksək çözümlüklü, tam detallı və kəskinlikligörüntülər əldə etməyə imkan verirlər. Nəticə - minimalküylü və minimal "halo" effektli əla görüntüləmə.Bu andan etibarən yüksək dəqiqlikli görüntüləmə birstandart olacaqdır.



Dar Spektrumlu Görüntüləmə (NBI)

Dar Spektrumlu Görüntüləmə (NBI - Narrow Band Imaging)rejimi selikli qişa üzərində kapilyarların və digər strukturlarıngörünmə dərəcəsini artırır. Bu isə ümumi müayinə keyfiyyətiniyüksəltməyə və ehtiyac duyulmayan artıq invaziv prosedurların(misal üçün biopsiyaların) aparılasını minimuma endirir.Dar Spektrumlu Görüntüləmə (NBI) indi Optera sistemində dəəlçatan oldu və maksimal effektivlik üçün onu HDTVtexnologiyasıilə müştərək istifadə etmək olar.





Yaxın fokus

Yaxın fokus funksiyası sayəsində əvvəllər böyütmə ilə aparılan adi müayinə zamanı fokusdan kənarda qalan patoloji ocaqları indi 2 mm məsafədən dəqiqliklə izləmək mümkündür. Siz selikli qişaların incə strkturlarını və damarlarını müayinə edib onların dəqiq, böyüdülmüş görüntülərini əldə edəbilərsiniz.



Pre-Freeze funksiyası

Yeni Pre-Freeze (Qabaqlayıcı Stop Kadr) funksiyası vaxta qənaət etməyə və keyfiyyəti qənaətbəxş olmayan statik görüntülərin qeyd olunması ehtimalını azaltmağa imkan verir. CV-170 videomərkəzi prosedur zamanı müayinə nahiyəsindən əldə olunan görüntüləri sürətli və fasiləsiz olaraq daxili yaddaşa yazır. Statik görüntünün qeydi (freeze) zamanı Pre-Freeze funksiyası əvvəlcədən buferləşdirilən görüntüləri analiz edir, lakin ekrana və yaddaşa kəskinliyi ən yüksək olan təsviri çıxarır. Bu funksiya həkimlərə vaxta qənaət etməyə və prosedurun dəqiq visual sənədləşdirilməsini aparmağa imkan verir.



Strukturun gücləndirilməsi


Strukturun gücləndirilməsi funksiyası görüntü küylərini aradan qaldıran unikal alqoritmlər sayəsində görüntülərin kəskinliyini artırır. Bu funksiya toxumaların ən kiçik detallarını və selikli qişanın ən cüzi rəng dəyişikliklərini ayırd etməyə imkan verir. Geniş istifədə olunan A Tipi ilə yanaşı indi əlavə olaraq B Tipi də mövcuddur. Ümumilikdə A tipi daha çox mədə-bağırsaq traktının aşağı şöbələrinin selikli qişalarının nisbətən iri strukturlarının yüksək kontrastlı müayinəsi üçün idealdır. Yeni B tipi isə mədə-bağırsaq traktının yuxarı şöbələrində damarların və toxumaların qan təchizatının müayinəsində daha əlverişlidir.




BUGÜNKÜ EFFEKTİVLİKDƏN BİR ADDIM ÖNDƏ

Xüsusi qulluq tələb etməyən Optera sistemi istifadədə olduqca rahatdır.
Hər hansı digər ənənəvi sistemlərlə müqayisədə istismar xərcləri əhəmiyyəli dərəcədə aşağıdır.


LED işıq qaynağı

Optera CV-170 videoprosessoru LED lampalı daxili işıq qaynağı ilə təchiz olunmuşdur. LED işığı 150 Vat gücü olan Halogen lampadan 50% daha parlaqdır və mədə-bağırsaq traktının müayinəsi üçün tələb olunan işıqlandırma səviyyəsini artıqlaması ilə təmin edir. Bundan başqa LED lampanın xidmət müddəti kifaət qədər çox olduğu üçün onun tez-tez əvəzlənməsi tələb olunmur. Beləliklə həm texniki dəstək həm də istismar xərcləri minimuma endirilmiş olur.


Su keçirməyən konnektor

Əvvəlki nəsillərin endoskoplarından fərqli olararq Optera seriyalı endoskoplarda su keçirməyən qapağın istifadəsinə ehtiyac yoxdur. Bu endoskopun yuma-dezinfeksiya prosesini asanlaşdırır və cihaza suyun daxil olması səbəbindən təmirə göndərilməsi ehtimalını minimuma endirir. Yeni su keçirməyən konnektor eləcə də prosedura hazırlıq tədbirlərini sürətləndirməyə və endoskopik kabinetin dövriyyəsini artırmağa kömək edir.


ADİ  RAHATLIQDAN  BİR ADDIM ÖNDƏ

Sirr deyil ki, heç bir istehsalçı OLYMPUS şirkətinin endoskopiya sahəsindəki təcrübəsini üstələyə bilməz.
Bu özünü istifadəçilər üçün asan anlaşılan rahat cihazların yaradılmasında biruzə verir.


Dəyişən sərtlik

Dəyişən sərtlik funksiyası sərtliyi tənzimləyən halqanın köməyi ilə Olympus kolonoskoplarının elastikliyini tədricən dəyişməyə imkan verir. Bu innovasion funksiya endoskopu fərdi qaydada, pasientin anatomik xüsusiyyətlərinə və həkimin iş üslubuna görə ayarlamağa imkan verir. Ənənəvi kolonoskopiyalardan fərqli olaraq siz daha effektiv və maneəsiz kolonoskopiya apara bilərsiniz.




Flash yaddaş kartının dəstəklənməsi

MAJ-1925 Flash yaddaş kartı məlumatların mübadiləsi üçün artıq qəbul olunmuş standarta çevrilmişdir. Olympus şirkəti CV-170 prosessorunun dizaynına yaddaş kartı üçün daxili port daxil etmişdir. 2 Gb yaddaş həcmli səyyar yaddaş kartı personal kompyuterlə istifadə oluna bilər. Müayinə zamanı CV-170 videoprosessoru istifadəçi tərəfindən seçilən görüntüləri avtomatik olaraq Flash yaddaş kartına yazır. Sonradan bu görüntülər komyuterə və ya rekorderlərə köçürülə bilər. Bu sistem və istifadəçi ayarlarını, eləcə də pasient haqqında məlumatları yaddaşda saxlamağa imkan verir. Məlumatların yüksək sürətlə səyyar flash karta yazılması onların tez və effektiv idarəolunmasını təmin edir.






Optera_AZE_1_BROCHURE.pdf



Oxşar məhsullar

Digər məhsullar