AXTARIŞ

OLYMPUS OER-AW Endoskop Reprosessoru


Stokda: Yoxdur

0.00 M  


Endoskoplar üçün avtomatik yuma-dezinfeksiya cihazı

Artikul:
Reytinq: 0
Ref Kod: OLYMPUS, Endoskop reprosessoru, OER-AW
Brend:OLYMPUS


Təcili Sifariş et



OER-AW endoskop reprosessoru OLYMPUS şirkətinin mütəxəssisləri tərəfindən yaradılmışdır. Pasientlərin və tibbi personalın tam təhlükəsizliyini təmin edir. 


Əsas xüsusiyyətləri:

  • Eyni zamanda 2 endoskopun yuyulub dezinfeksiya oluna bilməsi - endoskopiya şöbəsinin dövriyyəsini artırır, gözləmə vaxtını azaldır, xərclərə qənaət etməyə imkan verir, belə ki 2 endoskopun yuyulması üçün 1 doza dezinfeksiyaedici məhlul istifadə olunur.

  • Sızma testi istənilən an aparıla bilər.

  • Ultrasəsli təmizləmə - endoskopun özünü zədələməyərək onun səthini və distal ucunu bütün kontaminantları (qan, selik, toxuma parçaları və s) effektiv təmizlənməsini təmin edir.

  • Yüksək təzyiq altında əlavə təmizləmə.

  • Məhlulla kanalların yuyulması.

  • Dezinfeksiyaedici maddə ilə təmasın olmaması - kaset formasında buraxılan Acecide dezinfeksiyaedici maddə reprosessora bağlı şəkildə yüklənir, bundan sonra cihaz avtomatik olaraq kasetin içində olan perasetat turşusunu tələb olunan konsentrasiyaya qədər durulaşdırır.

  • Yuma kamerası şəffaf qapaqla örtülür - prosesi vizual izləmək imkanı.

  • Ayarlamaları rahat aparmaq üçün cihaz üst və ön idarəetmə panelləri ilə təchiz olunub.

  • RFID modulu endoskopların modellərini və istifadəçini müəyyən edə bilir. MƏlumatlar xüsusi hesabatda çap olunur.

  • Aksesuarların yuyulması üçün xüsusi konteyner ayrılıb.


Texniki xüsusiyyətləri:

  • Eyni zamanda yuyula bilən endoskopların sayı: 2

  • Təmizləmə üsulları:
    1. xarici səthlər: endoskopun tam olaraq dezinfeksiyaedici məhlulda batırılması
    2. kanalların mənfəzləri: dezinfeksiyaedici məhlulla doldurulması və yuyulması
    3. klapanlar: dezinfeksiyaedici məhlulda batırılması

  • Təmizləmə müddətinin ayarlanması: 1-10 dəqiqə

  • Dezinfeksiya müddətinin ayarlanması: 5-60 dəqiqə

  • Suyun buraxılması üsulu: kanalizasiyaya

  • Yuma vannasının həcmi: 14 litr.

  • Dezinfeksiyaedici məhlul üçün çənin həcmi: 17.5 L

  • Spirtlə işlənilmə üsulu: avtomatik

  • Ölçüləri: 450 x 977 x 765 mm

  • Çəkisi: 120 kg

Oxşar məhsullar

Digər məhsullar