AXTARIŞ

LS1020 LIGASURE ATLAS TISSUE FUSION OPEN INSTRUMENT


Stokda: Var

0.00 M  


Açıq əməliyyatlar üçün küt uclu çoxfunksiyalı toxuma möhürləmə sistemi. İnteqrasiya edilmiş kəsici mexanizm ilə təchiz olunmuşdur.

Artikul:
Reytinq: 0
Ref Kod: Ligasure Atlas, LS1020
Brend:Medtronic


Təcili Sifariş et



LigaSure texnologiyası unikal təzyiq və enerji kombinasiyası sayəsində   toxumaların güvənli möhürlənməsini təmin edir. TissueFect sensor texnologiyası, əl və ayaqla aktivasiya mexanizmləri, inteqrasiya edilmiş kəsici mexanizm bu alətləri çoxfunksiyalı möhürləmə/ayırma sisteminə çevirir.
Ligasure alətləri aşağı temperatur profilinə malikdirlər və rəqib istehsalçıların alətləri ilə müayisədə  toxumaları daha soyuq temperaturda möhürləmə qabiliyyətinə malikdirlər. Bu xüsusiyyət möhürləmə zamanı arzuolunmaz istilik enerjisinin ətraf toxumalara yayılmasının qarşısını alır və eyni zamanda alətin xidmət müddətini uzadır. Alət bütün əməliyyat boyu eyni effektivliklə işləyə bilir.

LigaSure alətləri geniş çeşiddə təqdim olunaraq cərrahiyyənin bir çox sahələrində uğurla istifadə olunur.


LS1020  LigaSure Atlas Tissue Fusion Open İnstrument (LigaSure Atlas küt uclu möhürləyici/ayırıcı alət)  Valleylab FT10 Enerji platforması və Valleylab LS10 generatoru ilə istifadə olunur. 

Bu alət açıq cərrahi əməliyyatlar zamanı istifadə üçün nəzərdə tutulmuşdur.

Uzunluğu: 20,0 sm

İşçi hissənin diametri: 10 mm

Fırlanma bucağı: 359 °

Ağızlıqların dizaynı: düz, bilateral, küt

Möhürləmə uzunluğu: 22 mm

Kəsmə uzunluğu: 20 mm

Sterildir. Tək istifadəlidir.


İstifadə sahələri:

  • Adhezioliz
  • Abdominal histerektomiya
  • Mədə şuntlama əməliyyatları
  • Yoğun bağırsaq rezeksiyaları
  • Sistektomiya
  • Radikal prostatektomiya
  • Qastrektomiya
  • Splenektomiya
  • Salpinqo - ooforektomiya
  • Nefrektomiya



Əlaqə Tel. / Whats App: +994 55 455 56 86



Oxşar məhsullar

Digər məhsullar