Artikul:
Reytinq: 25
Ref Kod: 26716 Mosquito Forceps - Curved - 12,5 cm
Brend:Gima
Paslanmaz poladdan hazırlanmış Mosquito sıxıcısı, əyri, 12.5 sm
Paslanmaz poladdan hazırlanmış cərrahi alətlərin
istifadəsi ilə bağlı ümumi tövsiyələr
Cərrahi alətlər, onların istifadəsi və onlara qulluq üzrə təlim keçmiş tibb işçiləri tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur.
Yanlış istifadə, keyfiyyətsiz və uyğun olmayan qulluq alətlərin sürətlə xarab olmasına səbəb ola bilər.
Hər istifadədən sonra alətləri təmizləmək, qurutmaq və sterilizasiya etmək tövsiyə olunur.
Sterilizasiyadan əvvəl alətlər həmişə təmizlənməli, yuyulub dezinfeksiya edilməlidir.
Manual və avtomatlaşdırılmış təmizləmə, yuma və dezinfksiya üçün yalnız təsdiq edilmiş və sertifikatlaşdırılmış vasitələrdən və yuma-dezinfeksiya avadanlığından istifadə edin.
Əl ilə təmizləmə üçün fırça və axan sudan istifadə edin.
Həmişə yuyucu və dezinfeksiyaedici vasitənin istifadəsinə dair təlimatlara əməl edin.
Alətləri həm açıq, həm də qapalı halda təmizləyin, 3 dəqiqə ərizndə yaxalayın
və suyun bir neçə dəfə kor dəliklərə daxil olub çıxdığına əmin olun.
Son yaxalama mərhələsində tamamilə demineralizasiya edilmiş sudan istifadə edin.
Alətləri həmişə qurudun. Qurudulmayan alətlər korroziya nəticəsində zədələnə bilər.
Təmizləmə, yuma və dezinfeksiya prosedurundan sonra və sterilizasiyadan əvvəl alətləri, xüsusilə alətlərin uclarını, birləşdirici elementləri, bütün hərəkət edən hissələrini xüsusi fizioloji yağla işləmək tövsiyə olunur.
Həmçinin alətin hər hansı bir turşu və ya onu korroziyaya uğrada bilən aqressiv dezinfektant maddə ilə təmasda olmadığından əmin olun.
Tövsiyə olunan sterilizasiya üsulu - avtoklavda buxar sterilizasiyasıdır. Alətin zədələnməməsi üçün avtoklavda temperatur 135°C-dən, xalis sterilizasiya müddəti isə 15 dəqiqədən çox olmamalıdır.
Buxarla sterilizasiya prosesi EN ISO 17664 standartına uyğun aparılmalıdır.
Sterilizasiya prosesinin təsdiqi kontekstində, qurutma üçün xüsusi tədbirlərin uyğunluğu yoxlayın.
Konteynerdə nəm olarsa bu alətlərin paslanmasına səbəb ola bilər. Çox vaxt pis və natamam qurutmanın səbəbi yükün sterilizatorda və ya konteynerdə düzgün yerləşdirilməməsi və qurutma üçün uyğun olmayan parça növlərindən istifadə ilə əlaqəlidir.
Quru hava sterilizasiyası üçün temperatur diapazonunun 180° ilə 200°C arasında olması tövsiyə olunur. Alətlər həmçinin 121°C-dək temperaturda yuma-dezinfeksiya cihazlarında dezinfeksiya edilə bilər.
Sterilizasiya dövrlərinin maksimal sayı haqqında heç bir tövsiyə yoxdur. Bu göstərici əsasən alətin cari vəziyyətindən asılıdır.
Korroziya əlamətləri aşkarlanan alətlər dərhal utilizasiya edilməlidir.
...