AXTARIŞ

2- pts Efficast sinə üçün üfüqi maska 3.2mm Maxi


Stokda: Var

0.00 M  


Bu termoplastik məhsullar əsasən tibbi avadanlıqlar və radioloji terapiya sahəsində xəstələrin immobilizasiyası üçün nəzərdə tutulmuşdur.

Artikul: 35727/ 32MA
Reytinq: 103
Ref Kod:
Brend:Orfit


Təcili Sifariş et



Bu termoplastik məhsullar əsasən tibbi avadanlıqlar və radioloji terapiya sahəsində xəstələrin immobilizasiyası üçün nəzərdə tutulmuşdur.

 

MƏHSUL TƏSVİRİ

EFFICAST®/PELVICAST™ termoplastik məhsulları çox asanlıqla xəstənin anatomiyasına uyğun istənilən formanı alır. Həmçinin, yeni yapışmayan səth və antibakterial xüsusiyyətləri var.

Bu maskaların, xəstəxana mühitində mikrobların yayılmasının qarşısını alan özünəməxsus xüsusiyyətləri var. Qalınlıq və deşiklərinə görə müxtəlif növləri olur.

İSTİFADƏ ÖNCƏSİ TƏDBİRLƏR

  1. İş yeri yaxşı havalandırılmalıdır.
  2. Vanna su ilə doldurulmalı, düzgün olaraq 65°C və 70°C temperaturda olmalıdır. Kiçik miqdarda sabun məhlulu  suyu yumşaltmaq üçün əlavə olunmalıdır.
  3. Xəstəyə tətbiq olunmamışdan qabaq maskanın temperaturunu yoxlayın .
  4. EFFICAST®/PELVICAST™ ı xəstənin ölçülərinə əsasən uyğunlaşdırın və bədənin hər bir nöqtəsinə uyğun birləşdirin (burun körpüsü, çənə və bud sümüyü). Bunlar ideal referans nöqtələridir. Çox səliqəli şəkildə lazım olan bütün hissələr əllə birləşdirilir (ən əsası qulaq və burun deşiklərinə)
  5. Bu şəkilləndirmə düzgün forma alınana qədər davam etdirilir. Otağın temperaturundan asılı olaraq, 1-2 dəqiqə vaxt apara bilər.
  6. Maskanın daha dəqiq və bərk forma alması üçün 5 dəqiqə saxlanılmalıdır.
  7. Maskanın dəqiq hansı xəstəyə aid olmasından əmin olun. (xəstənin adı, baş quruluş tipi)
  8. Lazım gələrsə, gözlər, burun, ağız və göstərilən digər sahələrə deşiklər açılmalıdır. Bu zaman qayçı vəya bıçaqdan istifadə edə bilərsiniz.
  9. Müayinə sahələrini maskanın üzərində markerlə işarələr edərək göstərə bilərsiniz. Və ya 1.55mm qalınlığında rəngli lentlərdən də istifadə edə bilərsiniz.

EFFICAST®/PELVICAST™ termoplastik materialların sıxlığı 1.13 g/sm³-dir.

SAXLANILMA:

EFFICAST®/PELVICAST™ termoplastik materialları quru şəraitdə və öz original paketlərində minimum 10°C və maksimum 30°C saxlanılmalıdır.

MƏZMUN VƏ TULLANTI QAYDALARI

Bu məhsullar sabunlu su və ya  izopropanol və ya etanol yumşaq parça ilə təmizlənməli və dezinfeksiya olunmalıdır. Əgər təmizləmə mayesi haqqında əmin deyilsinizsə istifadə etməyin. Qətiyyən aerozol spreylərdən, korroziya təmizləyici vasitələrdən, müxtəlif əridici və həlledicilərdən istifadə etməyin.

TƏTBİQ ÜSULLARI

EFFICAST®/PELVICAST™ı 65°C və 70°C temperaturda su vannasına yerləşdirin. Bu ideal yumşaltma temperaturudur.

80°C-dən çox isitməyin.

20 dəqiqədən çox isitməyin.

Xəstəni düzgün müayinə pozisiyasında uzadın.


EFFICAST®/PELVICAST™ı isitmə zamanı yaxından müşahidə edin. Sonra onu sudan götürün və dəsmalla qurulayın. Cəld hərəkət etməyiniz vacibdir! Sudan götürmək və onu xəstənin üzərinə tətbiq etmək 15 saniyədən çox olmamalıdır.


Oxşar məhsullar

Digər məhsullar