Artikul:
Reytinq: 0
Ref Kod:
Brend:NIHON KOHDEN
Cardiofax C (ECG-2150) LCD ekranlı, effektiv EKQ analizi və interpretasiyası proqramı ilə təchiz edilmiş 3 kanallı kompakt EKQ cihazıdır
Cihaz bütün lazımi əsas funksiyalar ilə təchiz edilmiş və sadə şəraitdə istifadə üçün idealdır.
12 EKQ aparması maye kristallı (LCD) ekranda sinxron olaraq əks olunur. LCD ekran 12 aparma üzrə əyrilərin dəqiq təsvirini ötürərək ilkin qiymətləndirməyə imkan verir . Bundan sonra istifadəçi qeydlərin çapa verilməsi qərarını qəbul edə bilir. Çap etmədən əvvəl cihaz istifadəçiyə EKQ keyfiyyətini yoxlamaq, zəruri olduqda siqnal artefaktlarını aradan qaldırmaq, eyni zamanda termokağıza qənaət etmə imkanı da verir.
Çap rulon termokağız üzərinə 3 kanallı rejimdə həyata keçirilir. Yüksək dəqiqlikli termoprinter keyfiyyətli çapı təmin edir.
Xüsusiyyətləri:
...