AXTARIŞ

LS1037 LIGASURE ATLAS TISSUE FUSION LAPAROSCOPIC INSTRUMENT


Stokda: Var

0.00 M  


Laparoskopik əməliyyatlar üçün çoxfunksiyalı küt uclu möhürləmə sistemi. İnteqrasiya edilmiş kəsici mexanizmlə təchiz edilmişdir.

Artikul:
Reytinq: 0
Ref Kod: Ligasure Atlas LS1037
Brend:Medtronic


Təcili Sifariş et



LigaSure texnologiyası unikal təzyiq və enerji kombinasiyası sayəsində   toxumaların güvənli möhürlənməsini təmin edir. TissueFect sensor texnologiyası, əl və ayaqla aktivasiya mexanizmləri, inteqrasiya edilmiş kəsici mexanizm bu alətləri çoxfunksiyalı möhürləmə/ayırma sisteminə çevirir.
Ligasure alətləri aşağı temperatur profilinə malikdirlər və rəqib istehsalçıların alətləri ilə müayisədə  toxumaları daha soyuq temperaturda möhürləmə qabiliyyətinə malikdirlər. Bu xüsusiyyət möhürləmə zamanı arzuolunmaz istilik enerjisinin ətraf toxumalara yayılmasının qarşısını alır və eyni zamanda alətin xidmət müddətini uzadır. Alət bütün əməliyyat boyu eyni effektivliklə işləyə bilir.

LigaSure alətləri geniş çeşiddə təqdim olunaraq cərrahiyyənin bir çox sahələrində uğurla istifadə olunur.


LS1037 Ligasure Atlas Tissue Fusion Laparoscopic Instrument (Ligasure Atlas küt ağızlı laparoskopik möhürləyici / ayırıcı aləti) yalnız ForceTriad və FT10 generatorları ilə istifadə olunur. 

Uzunluğu: 37,0 sm

İşçi hissənin diametri: 10 mm

Fırlanma bucağı: 359 °

Ağızlıqların dizaynı: düz, küt

Möhürləmə uzunluğu: 22 mm

Kəsmə uzunluğu: 20 mm

Sterildir. Tək istifadəlidir.


İstifadə sahələri:

  • Adrenalektomiya
  • Aksilyar limfodisseksiya
  • Qastrektomiya
  • Kolektomiya
  • Nefrektomiya
  • Qara ciyər rezeksiyası
  • Splenektomiya
  • Whipple əməliyyatı



Əlaqə Tel. / Whats App: +994 55 455 56 86

Oxşar məhsullar

Digər məhsullar