AXTARIŞ

26714 - MOSQUITO SIXICISI - DÜZ - 12.5 SM


Stokda: Var

0.00 M  



Artikul:
Reytinq: 24
Ref Kod: 26714 Mosquito Forceps - straight - 12,5 cm
Brend:Gima


Təcili Sifariş et



Paslanmayan poladdan hazırlanmış MOSQUITO sıxıcısı, düz - 12.5 sm




Paslanmaz poladdan hazırlanmış cərrahi alətlərin

istifadəsi ilə bağlı ümumi tövsiyələr

 

Cərrahi alətlər, onların istifadəsi və onlara qulluq üzrə təlim keçmiş tibb işçiləri tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur.

Yanlış istifadə, keyfiyyətsiz və uyğun olmayan qulluq alətlərin sürətlə xarab olmasına səbəb ola bilər.

Hər istifadədən sonra alətləri təmizləmək, qurutmaq və sterilizasiya etmək tövsiyə olunur.

Sterilizasiyadan əvvəl alətlər həmişə təmizlənməli, yuyulub dezinfeksiya edilməlidir.

Manual və avtomatlaşdırılmış təmizləmə, yuma və dezinfksiya üçün yalnız təsdiq edilmiş və sertifikatlaşdırılmış vasitələrdən və yuma-dezinfeksiya avadanlığından istifadə edin.

Əl ilə təmizləmə üçün fırça və axan sudan istifadə edin.

Həmişə yuyucu və dezinfeksiyaedici vasitənin istifadəsinə dair təlimatlara əməl edin.

Alətləri həm açıq, həm də qapalı halda təmizləyin, 3 dəqiqə ərizndə yaxalayın

və suyun bir neçə dəfə kor dəliklərə daxil olub çıxdığına əmin olun.

Son yaxalama mərhələsində tamamilə demineralizasiya edilmiş sudan istifadə edin.

Alətləri həmişə qurudun. Qurudulmayan alətlər korroziya nəticəsində zədələnə bilər.

Təmizləmə, yuma və dezinfeksiya prosedurundan sonra və sterilizasiyadan əvvəl alətləri, xüsusilə alətlərin uclarını, birləşdirici elementləri, bütün hərəkət edən hissələrini xüsusi fizioloji yağla işləmək tövsiyə olunur.

Həmçinin alətin hər hansı bir turşu və ya onu korroziyaya uğrada bilən aqressiv dezinfektant maddə ilə  təmasda olmadığından əmin olun.

Tövsiyə olunan sterilizasiya üsulu  - avtoklavda buxar sterilizasiyasıdır. Alətin zədələnməməsi üçün avtoklavda temperatur 135°C-dən, xalis sterilizasiya müddəti isə 15 dəqiqədən çox olmamalıdır.

Buxarla sterilizasiya prosesi EN ISO 17664 standartına uyğun aparılmalıdır.

Sterilizasiya prosesinin təsdiqi kontekstində, qurutma üçün xüsusi tədbirlərin uyğunluğu yoxlayın.

Konteynerdə nəm olarsa bu alətlərin paslanmasına səbəb ola bilər. Çox vaxt pis və natamam qurutmanın səbəbi yükün sterilizatorda və ya konteynerdə düzgün yerləşdirilməməsi və qurutma üçün uyğun olmayan parça növlərindən istifadə ilə əlaqəlidir.

Quru hava sterilizasiyası üçün temperatur diapazonunun 180° ilə 200°C arasında olması tövsiyə olunur. Alətlər həmçinin  121°C-dək temperaturda yuma-dezinfeksiya cihazlarında dezinfeksiya edilə bilər.

Sterilizasiya dövrlərinin maksimal sayı haqqında heç bir tövsiyə yoxdur. Bu göstərici əsasən alətin cari vəziyyətindən asılıdır.

Korroziya əlamətləri aşkarlanan alətlər dərhal utilizasiya edilməlidir.

  • Həmişə zədələnmə və ya aşınma əlamətləri üçün vizual yoxlama aparın:
    alətlərin iti kəsici kənarları çuxursuz və davamlı olmalıdır, kələ-kötür çıxıntıları və discikləri olmamalıdır;
  • uzun hissələrdə deformasiya olmamalıdır;
  • bir neçə hissədən ibarət olan mürəkkəb alətlərin parçaları digər montaj komponentləri ilə birlikdə yoxlanılmalıdır;
  • həmişə cəftələrin fırlanmasını yoxlayın, cəftələr hədindən artıq “oynamamalıdır”;
  • həmişə kilid mexanizmlərinin işlək olduğunu yoxlayın.




Oxşar məhsullar

Digər məhsullar