AXTARIŞ

5 nöqtəli açıq sifət hibrid maskası


Stokda: Var

0.00 M  


Onkologiyada xəstə immobilizasiyası üçün istifadə olunan termoplastik material

Artikul: 33733/ 16MI/ 12MI+N
Reytinq: 107
Ref Kod:
Brend:Orfit


Təcili Sifariş et



Onkologiyada xəstə immobilizasiyası üçün istifadə olunan termoplastik material

MƏHSUL TƏSVİRİ

Açıq sifət hibrid maskasını istifadə zamanı gözlər, burun və ağız hissəsi kənarda qalmalıdır. Bu klostrofobiyadan əziyyət çəkən xəstənin beyin, boyun və başı üçün ən ideal immobilizasiyasıdır. Bu həmçinin, müasir hərəkət idarəetmə sistemləri ilə uyğunlaşdırılmışdır.

Maksimum sabitlik yaratmaq üçün maskalar 2 qat termoplastik materialdan hazırlanmışdır. Birinci qat Efficast, ikinci qat isə Nanor materiallarındandır. Bu termoplastik məhsullar çox asanlıqla xəstənin anatomiyasına uyğun istənilən formanı ala bilir. Həmçinin, yeni yapışmayan səth və antibakterial xüsusiyyətləri var.

Bu maskaların, xəstəxana mühitində mikrobların yayılmasının qarşısını alan özünəməxsus xüsusiyyətləri var.

İSTİFADƏ ÖNCƏSİ TƏDBİRLƏR

  1. İş yeri yaxşı havalandırılmalıdır.
  2. Vanna su ilə doldurulmalı, düzgün olaraq 65°C və 70°C temperaturda olmalıdır. Kiçik miqdarda sabun məhlulu  suyu yumşaltmaq üçün əlavə olunmalıdır.
  3. Xəstəyə tətbiq olunmamışdan qabaq maskanın temperaturunu yoxlayın .
  4. Yalnız bir xəstə üçün nəzərdə tutulmuşdur. Ancaq reseptlə satılır.

TƏTBİQ ÜSULLARI

  1. Maskanı  65°C və 70°C temperaturda su vannasına yerləşdirin. Bu ideal yumşaltma temperaturudur.
  2. Açıq sifət maskasını isidərkən maskanın su vannasının üzərində dayanmasına nəzarət edin. İstilik tapançasını istifadə edərkən 250°C-dən çox olmamalıdır. Bu maskadan istifadə zamanı heç vaxt açıq oddan istifadə etməyin. 80°C-dən və 20 dəqiqədən çox isitməyin.
  3. Xəstəni düzgün müayinə pozisiyasında uzadın. İdeal effekt almaq üçün 4 dəqiqə isidin.
  4. isitmə zamanı yaxından müşahidə edin. Sonra onu sudan götürün və dəsmalla qurulayın. Cəld hərəkət etməyiniz vacibdir! Sudan götürmək və onu xəstənin üzərinə tətbiq etmək 15 saniyədən çox olmamalıdır.
  5. Maskanı xəstənin üzünə tətbiq edin.
  6. Maska sağlam şəkildə original rəngini alana qədər proseduru davam etdirin. Bu otaq temperaturundan asılı olaraq, 1-2 dəqiqə davam edə bilər.
  7. 10 dəqiqə sonra maskanı götürün və müayinə müddətinə qədər təhlükəsiz yerdə saxlayın.
  8. Maskanın dəqiq hansı xəstəyə aid olmasından əmin olun. (xəstənin adı, baş quruluş tipi)
  9. Müayinə sahələrini maskanın üzərində markerlə işarələr edərək göstərə bilərsiniz. Və ya 1.55mm qalınlığında rəngli lentlərdən də istifadə edə bilərsiniz.


MƏZMUN VƏ TULLANTI QAYDALARI

Bu məhsullar sabunlu su və ya  izopropanol və ya etanol yumşaq parça ilə təmizlənməli və dezinfeksiya olunmalıdır. Əgər təmizləmə mayesi haqqında əmin deyilsinizsə istifadə etməyin. Qətiyyən aerozol spreylərdən, korroziya təmizləyici vasitələrdən, müxtəlif əridici və həlledicilərdən istifadə etməyin.


Oxşar məhsullar

Digər məhsullar