Artikul:
Reytinq: 179
Ref Kod:
Brend:Schulke & Mayr
Bor aparatlarının və stomatologiyada olan ultrasəsli və ultrasəssiz fırlanan alətlərin təmizlənməsi və dezinfeksiyası üçün istifadəyə hazır məhlul.
Üstünlüklər
Preparat haqqında məlumatlar
Tərkib
100 qr Rotaseptin tərkibində: 1,6 qr kalium hidroksid,
10,0 qr 2-propanol, 0,1 qr 2-etilheksanol
Digər inqrediyentlər: < 5 % ionsuz tenzidlər
İstifadə sahəsi
Borlar, kəsicilər, stomatoloji almaz başlıqların və digər fırlanan dəqiq alətlərin əl ilə dezinfeksiyası və təmizlənməsi üçün vasitə. Materiallar tərəfindən yaxşı keçiriciliyi və geniş antimikrob aktivliyi sayəsində Rotasept fırlanan dəqiq alətlərin dezinfeksiyası və təmizlənməsi üçün bütün xüsusiyyətlərə malikdir.
İstifadə metodları və istifadəsinə dair göstərişlər
Alətləri istifadə olunan kimi məhlula yerləşdirmək lazımdır ki, çirklər üzərlərində qurumasın. Alətlərin dezinfeksiyası və dezinfeksiyadan öncəki təmizlik birləşdirilmişdir və bir iş prossesində aparılır.
Digər təmizləyicilər ilə qarışdırmamalı.
Məhlulda saxlanıldıqdan sonra alətlər məhluldan çıxarılır – su ilə yumaq OLMAZ, korroziyadan uzaq olmaq üçün - maqqaş ilə salfetin üzərinə tam qurumaq üçün qoyulur. Güclü çirklənmə zamanı fırça ilə təmizlənir və iş prosesi təkrarlanır. Alətləri 30 dəqiqədən artıq məhlulda saxlamaq olmaz. İşlək məhlul hər gün yenilənməlidir. Ultrasəs istifadə olunmaqla saxlama müddəti – 15 dəqiqədir.
Əgər bor vasitəsilə sterilizasiya mütləqdirsə, o zaman Rotasept yuyulur və alət qurulanır.
Antimikrob aktivlik
Bakteriyalar (vərəm / M. terrae daxil olmaqla), göbələklər - Almaniya gigiyena və mikrobiologiya birliyi/ Tətbiqi Gigiyena Assosiasiyasının siyahısının yeni normalarına uyğun olaraq, HİV virusu, hepatit A – E, polioma SV 40, adenoviruslar.
Materiallar tərəfindən keçiricilik
Rotasept sintetik materiallardan olan, qələvi spirtlərə həssas olan, alüminiumdan olan, həmçinin sintetik qətran ilə yapışdırılan alətlər üçün istifadə olunmur. Bekə alətlər üçün Gigasept İnstru AF məsləhət görülür.
Ekspozisiya müddəti: durulaşdırılmamış məhlulda bakteriyalar və göbələklər ultrasəssiz - 30 dəq., ultrasəslə - 15 dəq., viruslar – 15 dəq. müddətində zərərsizləşdirilir.
Alətlərin dezinfeksiyası və sterilizasiya önü təmizlənməsi eyni zamanda aparılır.
Köməkçi vasitələr:
Bor qutusu (bohrebox)
Buraxılış forması:
Flakon 2 L
...