AXTARIŞ

LF1212 LIGASURE SMALL JAW OPEN SEALER / DIVIDER


Stokda: Var

0.00 M  


Açıq əməliyyatlar üçün çoxfunksiyalı toxuma möhürləmə sistemi. İnteqrasiya edilmiş kəsici mexanizm ilə təchiz olunmuşdur.

Artikul:
Reytinq: 0
Ref Kod: Ligasure, LF1212
Brend:Medtronic


Təcili Sifariş et



LigaSure texnologiyası unikal təzyiq və enerji kombinasiyası sayəsində   toxumaların güvənli möhürlənməsini təmin edir. TissueFect sensor texnologiyası, əl və ayaqla aktivasiya mexanizmləri, inteqrasiya edilmiş kəsici mexanizm bu alətləri çoxfunksiyalı möhürləmə/ayırma sisteminə çevirir.
Ligasure alətləri aşağı temperatur profilinə malikdirlər və rəqib istehsalçıların alətləri ilə müayisədə  toxumaları daha soyuq temperaturda möhürləmə qabiliyyətinə malikdirlər. Bu xüsusiyyət möhürləmə zamanı arzuolunmaz istilik enerjisinin ətraf toxumalara yayılmasının qarşısını alır və eyni zamanda alətin xidmət müddətini uzadır. Alət bütün əməliyyat boyu eyni effektivliklə işləyə bilir.

LigaSure alətləri geniş çeşiddə təqdim olunaraq cərrahiyyənin bir çox sahələrində uğurla istifadə olunur.


LF1212A  LigaSure small jaw sealer/divider  (LigaSure kiçik ağızlı möhürləyici/ayırıcı) aləti Valleylab FT10 Enerji Platforması və Valleylab LS10 generatoru ilə istifadə olunur.

Bu alət açıq cərrahi əməliyyatlar zamanı istifadə üçün nəzərdə tutulmuşdur.

Uzunluğu: 18,8 sm

Ağızlıqların dizaynı: 28° əyilmiş

Möhürləmə uzunluğu: 16,5 mm

Kəsmə uzunluğu: 14,7 mm

Sterildir. Tək istifadəlidir.


İstifadə sahələri:

  • Qulaq, Burun, Boğaz (QBB) cərrahiyyəsi
  • Ümumi cərrahiyyə
  • Plastik / Rekonstruktiv cərrahiyyə
  • Urologiya
  • Döş qəfəsi cərrahiyyəsi


Əlaqə Tel. / Whats App: +994 55 455 56 86

Oxşar məhsullar

Digər məhsullar